Yaponiya yeni baş nazir seçdibackend

Yaponiya yeni baş nazir seçdi

Yaponiya hökümətin istefasından sonra Yosihide Suqa Yaponiyanın yeni baş naziri olub.

KONKRET.az xəbər verir ki, bu gün səsvermənin nəticələrinə görə, o, Yaponiya Parlamentinin Nümayəndələr Palatası üzvlərinin səslərinin əksəriyyətini alıb.

Beləliklə, o, qüvvədə olan 462 bülletendən 314-nün səsini almağı bacarıb.

Alt palatada (təmsilçilər) 465 yerdən 313-ü Liberal Demokrat və Komeyto partiyalarının hakim koalisiyasına məxsusdur.

Beləliklə, Yosihide Suqanın qələbəsi proqnozlaşdırılırdı. Hakim koalisiyanın da səs çoxluğuna sahib olduğu yuxarı palatada səsvermənin nəticəsi bəlli olacaq. Ancaq qərarı alt palatanın rəyindən fərqli olsa da Təmsilçilər palatası baş nazir təyin edilməsində üstünlük hüququna malikdir.

Yaponiyanın Baş naziri Şinzo Abe və bütün kabinet bu gün istefa verib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*