Yaponiyada 430 min ev işıqsız qaldı – Yeni fırtına gəldibackend

Yaponiyada 430 min ev işıqsız qaldı – Yeni fırtına gəldi

Yaponiyada “Xayşen” super fırtınasının gəlməsindən sonra Kyuşu adasında təxminən 430.000 ev işıqsız qalıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Səlahiyyətlilər sahil şəhərlərindən iki yüz mindən çox insanın evakuasiyası üçün əvvəlcədən  əmr verib.

Yaponiyanın qərb bölgələrində fabriklər, məktəblər, mağazalar və müəssisələr bağlanıb. Yüzlərlə uçuş ləğv edilib, dəmir yolu əlaqələri dayandırılıb.

Fəlakətə Rusiyanın Primorye bölgəsi və Koreya yarımadası da hazırlaşır.

Bir neçə gündür Yaponiyanın cənub adalarına doğru irəliləyən Xayşen fırtınası bazar günü xeyli güclənib və Bakı vaxtı ilə günortadan sonra sahilə çatıb.

“Xayşen” super fırtına kimi xarakterizə olunur, mərkəzində küləyin sürəti saniyədə 80 metrə və ya saatda təxminən 290 km-ə çatır. Bu, son bir həftə ərzində Yaponiyanı vuran ikinci güclü fırtınadır.

Bir neçə gün əvvəl bölgədə son illərin ən pis fırtınalarından biri olan Maysak fırtınası tüğyan edib.

Maysak Cənubi Koreyanı da vurub. Busan şəhərində iki mindən çox insan təxliyyə edilib.

Xayşen super fırtına sayılsa da, daha zəif olacaq. Yaponiya Meteoroloji Agentliyi bu dəfə ən yüksək təhlükə səviyyəsini elan etməyib.

Səlahiyyətli şəxslərin evakuasiya çağırışı bir neçə yüz min insanı və xüsusən də fırtınanın vurduğu Naqasaki əyalətindəki Goto şəhər sakinlərini narahat edir.

Bununla birlikdə, yerli mediada yer alan xəbərlərə görə, bəzi sakinlər xüsusi təchiz olunmuş sığınacaqlara köçmək əvəzinə nisbətən təhlükəsiz ərazilərdəki otellərə köçməyi seçiblər.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*