Yaponiyada seysmik aktivlik artdıbackend

Yaponiyada seysmik aktivlik artdı

Cari ilin iyunun sonundan bəri Yaponiyanın Tokara adaları ərazisində 1900-dən çox zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə Yaponiyanın Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, seysmik aktivlik iyunun 21-də başlayıb və bu günə kimi davam edir.

Ən güclü təkan iyulun əvvəlində – maqnitudası 5,5 və 20 km dərinlikdə qeydə alınıb.

Yeraltı təkanların gücü Yaponiyanın yeddi ballıq şkalası üzrə altı bala çatıb. Hadisə nəticəsində Akusekidzima adasının bəzi sakinləri təxliyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*