Yaponiyada yeni koronavirus dalğası elan edildibackend

Yaponiyada yeni koronavirus dalğası elan edildi

Tokioda gün ərzində 45-dən çox ölüm qeydə alınan koronavirus epidemiyasının yeni dalğası elan edilib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

Mənbə bildirir ki, 26 mart tarixində ölkə daxilində 1314 nəfər koronavirus xəstəliyinə yoluxub.

“Baş nazir Abeyə geniş yayılmış koronavirus riskinin yüksək olduğunu söylədim”. Bunu səhiyyə naziri Katsunobu Kato Şinzo Abe və iqtisadiyyat naziri Yasutoshi Nishimura ilə görüşdən sonra söyləyib.

Nəşr yazır ki, əgər xəstəlik insanların həyatına ciddi təhlükə yaradarsa və onun sürətli yayılması ciddi iqtisadi itkilər verərsə, baş nazir fövqəladə vəziyyət elan edə bilər.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*