backend

Yaponiyada zəlzələ - 6 bal

Yaponiyanın cənub-qərbindəki Miyakojima adası yaxınlığında bu gün 6 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 17.26-da qeydə alınıb.

Zəlzələnin mənbəyi suyun 40 kilometr dərinliyində olub.

Sunami təhlükəsi barədə məlumat verilməyib. Zəlzələ nəticəsində ölənlər və dağıntılar barədə hələlik məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*