Yaponiyadan ABŞ-a “evlilik təklifi” – ƏTRAFLIbackend

Yaponiyadan ABŞ-a "evlilik təklifi" - ƏTRAFLI

Yaponiya hökuməti Asiya NATO-su arzusundadır. Görünür, ölkəsini və sularını ABŞ-a açan Tokio bu uzunmüddətli sevgini rəsmi nikahla taclandırmaq istəyir. Vaşinqton isə “amma sevgilim, mən hələ evliliyə hazır deyiləm” deyərək məsələdən yayınır, çünki o, artıq imtiyazlı tanışlığın bütün imkanlarından doyunca istifadə edə bilir. Bu kontekstdə düşünürük ki, həddən artıq həyasızlıq sevgilini yormaz…

Tokionun baxış bucağı Polşa və ya Baltikyanı ölkələrlə eynidir:

“Bugünkü Ukrayna sabahın Şərqi Asiyası ola bilər.”

Səs nisbətlərinin aşağı düşdüyünü əsas gətirərək vəzifəsindən və Liberal Demokrat Partiyasının rəhbərliyindən istefa verəcəyini açıqlayan Baş nazir Kişida bu mövzuda bunları deyir:

“Avro-Atlantik və Asiya-Sakit okeanın təhlükəsizliyi ayrılmazdır, Rusiyanın Ukraynaya qarşı təcavüzü və Şimali Koreya ilə dərinləşən hərbi əməkdaşlığı bunun güclü xatırlatmalarıdır. “Yaponiya NATO və tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyə sadiqdir”.

Ölkənin müdafiə naziri Şiqeru İşiba Kişidanın kreslosuna ən güclü namizədlərdən biridir. Ötən həftə nazir regiondakı müxtəlif təhlükəsizlik tədbirlərini formal müdafiə paktında “birləşdirməklə” NATO-nun Asiya versiyasını yaratmağa çağırıb: “Biz heç olmasa bu məsələ ilə bağlı müzakirələrimizi dərinləşdirməliyik”.

ABŞ dövlət katibinin müavini Daniel Kritenbrink çərşənbə axşamı bildirib ki, İşibanın “nikah üzüyü” tələbi Vaşinqtonda birmənalı qarşılanmayıb. Kritenbrink uzun müddətdir “sevgilisini” bu sözlərlə razı salmağa çalışıb:

“Kollektiv təhlükəsizlik və daha formal institutların yaradılması haqqında danışmaq hələ tezdir. Bizim diqqətimiz regionun mövcud formal memarlığına sərmayə qoymaq və bu rəsmi və qeyri-rəsmi əlaqələr şəbəkəsini qurmağa davam etməkdir. Sonra bunun hara getdiyini görəcəyik”.

Moskva, Pekin və Pxenyan tez-tez Vaşinqtonun Seul və Tokio ilə müdafiə sazişlərini tənqid edirlər. ABŞ, Cənubi Koreya və Yaponiya orduları arasında birgə təlimlərin son vaxtlar miqyası və tezliyi artıb. Moskvanın fikrincə, bu hərbi fəaliyyətlərin “anti-Rusiya və anti-Çin çalarları var”.

Digər tərəfdən, ABŞ-ın regionda müqavilələrlə rəsmiləşdirilmiş əlaqələr şəbəkəsi və bir çox bazaları var. Avstraliya, Böyük Britaniya və ABŞ arasında AUKUS paktı və Avstraliya, Hindistan, Yaponiya və ABŞ arasında Dördtərəfli Təhlükəsizlik Dialoqu kimi formalaşmasını Çin Vaşinqtonun regionda “münaqişə salmaq” cəhdləri kimi qiymətləndirir. NATO-nun Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya ilə əməkdaşlığını gücləndirməsi də Pekin tərəfindən pislənir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian iyul ayında blok liderlərini gərginlik yaratmağı, soyuq müharibə zehniyyətini yaymağı və Asiya-Sakit okean regionunda blok münaqişəsini təhrik etməyi dayandırmağa çağırıb.

Yaponiyanın baş naziri postu üçün adı çəkilən başqa bir ad olan Toşimitsu Moteqi “Nikkei” qəzetinə verdiyi açıqlamada bunları deyib:

“NATO-nun mahiyyəti üzv dövləti ümumi xarici düşmənin silahlı hücumundan kollektiv şəkildə qorumaqdır. Avropadan fərqli olaraq, Asiya müxtəlif mədəniyyətlərə və siyasi sistemlərə malik ölkələrdən ibarətdir. Hər ölkənin Çinlə fərqli münasibətləri var.

Qeyd edək ki, Yaponiyanı kimin idarə edəcəyi sentyabrın 27-də müəyyənləşəcək. Nəticələr həm də Asiya-Sakit Okean regionunda gərginliyi yeni təxribatlar vasitəsilə artırmaq səylərinin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı mühüm ipucları verəcək.

KONKRET.az-ın ANALİTİK QRUPU

Mənbə: Mehmet Perincek

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*