Yaponiyanın Baş naziri fövqəladə vəziyyəti ləğv etdibackend

Yaponiyanın Baş naziri fövqəladə vəziyyəti ləğv etdi

Yaponiyada koronavirus pandemiyası ilə əlaqədar elan edilmiş fövqəladə vəziyyət rejimi ləğv edilir.

KONKRET.az xəbər verir ki, bu barədə mayın 25-də baş nazir Şinzo Abe keçirdiyi mətbuat konfransında məlumat verib.

Baş nazirin sözlərinə görə, rejim bütün Yaponiyada ləğv edilib.

Əvvəlcə Yaponiyada fövqəladə vəziyyət rejimi, paytaxt Tokio bölgəsi və digər altı prefekturaya aprelin 8-də tətbiq edildi və sonra bütün ölkəyə yayıldı. May ayında səlahiyyətlilər əvvəlcə 39 prefektura, daha sonra Osaka, Hyogo və Kyoto prefekturaları üçün məhdudiyyətləri qaldırdı.

Bu gün son beş bölgədə: Tokio və onun qonşu Tiba, Kanagawa və Saytama prefekturalarında, eləcə də Hokkaydo prefekturasında fövqəladə vəziyyət rejimi ləğv edildi.

Yaponiyada hazırda 16,5 min insan koronavirusa yoluxub, vəba xəstəliyi zamanı 820 nəfər ölüb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*