Yapon mühəndisləri tərəfindən yatmaq üçün şaquli kapsullar, “Giraffenap” icad edilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bu kapsullar biznesin səmərəliliyini artıracaq və işçilərin sağlamlığını yaxşılaşdıracaq.
Qeyd edək ki, kapsul telefon köşkünə bənzəyir və boyu 195 sm-ə, çəkisi isə 100 kq-a qədər olan insanlar üçün nəzərdə tutulub.
Belə ki, səs keçirməyən kabinələr iki dizaynda təqdim olunur.
“Giraffenap” yanğınsöndürən, ventilyasiya sistemi, tavan və döşəmə işıqlandırması ilə təchiz olunub.
Məlumata görə, istehsalçı “Koyoju Plywood Corporation” kapsulu Hokkaydoda bazara çıxarmağı planlaşdırır. Çünki burada ofis işçiləri arasında masa arxasında yatmaq çox yayğındır.
İqbal Rzayev,
KONKRET.az