Yaqub Eyyubovun qardaşı nəvəsi həbs olundubackend

Yaqub Eyyubovun qardaşı nəvəsi həbs olundu

Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini – Lalə Eyyubovanın saxlanılmsı barədə xəbər vermişdik.

KONKRET.AZ bildirir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı qızıdır.

Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir.

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*