Düşmən əsgəri ilə dolu olan iki hərbi texnikanı məhv edən şəhid Məmmədli Seymuru sizə tanıdacağıq.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, S.Məmmədli Qax rayonunun Ağçay kəndindəndir.
O, 19 oktyabr 1996-cı ildə doğulub.
Yaralı döyüş yoldaşlarını ərazidən çıxaran zaman Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun şəhidlik məqamına yüksəlişi öz ad günündə baş verir. Elə həmin gün də torpağa tapşırılır.