Yarasalarda yeni virus tapıldıbackend

Yarasalarda yeni virus tapıldı

Çinli alimlər HKU5-CoV-2 adlı yeni bir koronavirus növü aşkar ediblər. Ştam yapon cırtdan yarasasından tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “South China Morninq Post”qəzeti məlumat yayıb.

Bildirilib ki, yeni virus yüksək yoluxuculuğa malikdir və insanlara birbaşa və ya aralıq daşıyıcılar vasitəsilə keçə bilər.

Virus güclü öskürək və pnevmoniya kimi ağırlaşmalarla müşayiət olunan Yaxın Şərq respirator sindromuna səbəb olur. Bu, COVİD-19-un törətdiyi xəstəliyə bənzəyir.

Viroloqların sözlərinə görə, hələlik yeni pandemiya riski yoxdur, lakin bunu dəqiq müəyyən etmək üçün daha ətraflı tədqiqat aparmaq lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*