Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalıbackend

Yaş həddi 14-ə qaldırılır? – Azərbaycanda yeni qadağa qalmaqalı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi banklarda uşaqların adına kart açılmasına qadağa qoyulmasını təklif edib. Bununla bağlı qurumun şöbə müdiri Elgün Səfərov danışıb. O bildirib ki, ölkədə kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları açmamalıdırlar.

Sitat: “Bəzi banklar 7-8 yaşlı uşaqların adına bank kartlarının açılması ilə bağlı xidmətlər təklif edirlər. Biz komitə olaraq müraciət edəcəyik ki, Azərbaycandakı kommersiya bankları 14 yaşından aşağı uşaqlar üçün maliyyə hesabları aça bilməsinlər. Bu, qanunvericiliklə tənzimlənməlidir”.

Bu istiqamətdə yeni qadağalar olacaqmı?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bu məsələlər Roma hüququna uyğun qaydada tənzimlənir:

“Azərbaycanın Mülki Məcəlləsi də onun əsasında formalaşıb. Burada 7-14 və 14-18 yaş arası şəxslərin fəaliyyət qabiliyyəti haqqında məlumat verilir. Belə ki, 7 yaşından kiçik uşaqlar tam fəaliyyət qabiliyyətindən məhrumdurlar, yəni, hüquqi əməliyyatlar edə bilməzlər. 7-14 yaş arası olanlar üçün bu, məhdud səviyyədədir. Bu yaşda olan uşaqlar sadəcə valideyn və ya qəyyumlarının icazəsi ilə hüquqi əməliyyatlar apara bilərlər. 14-18 yaş arası şəxslər isə müəyyən məhdudiyyətlərlə fəaliyyət göstərə bilərlər, amma yenə də bəzi əməliyyatlarda valideyn və ya qəyyumların razılığının tələb edilməsi mümkündür. Ümumilikdə, valideyn övladının cibinə pul qoyduğu kimi, öz adına olan kartı da ona verə bilər. Buna necə nəzarət ediləcək?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*