Bakının Yasamal rayonunda baş vermiş silahlı insident zamanı yaralananların sayı artıb.
KONKRET.AZ APA-ya istinadla xəbər verir ki, “Niva” markalı avtomobildə daha bir nəfər – sərnişin İlkin Babayev də güllələnib.
Bildirilir ki, o, xəsarətini diz nahiyəsindən alıb.
İlkin Babayev xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, Bakının Yasamal rayonu, Şərifzadə küçəsində güllələnmə hadisəsi baş verib. Binəqədi rayon sakini, 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu naməlum şəxs tərəfindən idarə etdiyi 10-OP-021 dövlət qeydiyyat nişanlı “VAZ 2121” (“Niva”) markalı avtomobilində tapança ilə güllələnib. Ona ümumilikdə dörd güllə vurulub.