Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək veribbackend

Yaşar Gülər: Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib

“Cənubi Qafqazda sabitliyin təmin olunması Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından keçir”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

Nazirliyin Mətbuat Xidməti Y.Gülərin çıxışının mətnini yayıb.

Nazir bildirib ki, Ankara bu mövzuda iki ölkənin ortaya qoyduğu səyləri və son zamanlar qət olunan yolu məmnunluqla qarşılayır.

Y.Gülər qeyd edib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsinə dəstək verib və verməyə davam edir:

“Bu gün Qarabağın hər yerində şanlı Azərbaycan bayrağının dalğalanmasından məmnunluq duyuruq. “Bir millət – iki dövlət” şüarı ilə əlaqələrimizi başda müdafiə sənayesi və hərbi əməkdaşlıq olmaqla bütün sahələrdə ən yuxarı səviyyəyə qaldırmağa çalışırıq”, – Y.Gülər vurğulayıb.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*