“YAŞAT”a toplanan vəsait 62 milyon manata çatırbackend

“YAŞAT”a toplanan vəsait 62 milyon manata çatır

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fonduna toplanan vəsait 62 milyon manata yaxınlaşır.

KONKRET.az xəbər verir ki, Fonda toplanan vəsait 61 603 621.6 manatdır. Həmin vəsaitdən 17 124 174.64 manatı fiziki şəxslər, 44 479 446.96 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 32 072 546.15 manatı xərclənib. Vəsaitin qalığı isə 29 531 075.45 manatdır.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*