Yasda ehsan verənlər cərimələnə bilər?backend

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar hansı maddə üzrə cərimələnəcək? Bununla bağlı qanunvericilik nə deyir?

KONKRET.az xəbər verir ki, vəkil Vamiq Şükürov metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən İnzibati Xətalar Məcəlləsində, Cinayət Məcəlləsində və ya yerli icra hakimiyyətləri haqqında qanunvericilikdə yas mərasimində ehsan verilməsinə görə cərimə nəzərdə tutulmur.

V.Şükürov qeyd edib ki, belə bir xətanın (ehsan verdiyinə görə fiziki şəxsin, ailənin, yaxud sahibkarın cərimələnməsi) hüquqi əsası yoxdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*