Şirvanda avtomobilin vurduğu qadın xəstəxanada öldü – YENİLƏNİBbackend

Şirvanda avtomobilin vurduğu qadın xəstəxanada öldü - YENİLƏNİB

Şirvanda avtomobilin vurduğu 64 yaşlı qadını xəstəxanada ölüb.

KONKRET.az-ın məlumatına görə, avtomobilin vurduğu piyada Şirvan sakini Rəhimova Gülbuta Əvəz qızı aldığı ağır kəllə-beyin travmasından Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsində ölüb.

***

20:57

Şirvanda 64 yaşlı qadını avtomobil vurub.

KONKRET.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1957-ci il təvəllüdlü Rəhimova Gülbuta Əvəz qızını vurub. Ağır kəllə-beyin travması alan 64 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*