Amerikanın Kolorado ştatındakı xəstəxanalardan birində çalışan tibb işçisi 10 il ərzində yatan qadın xəstələri zorlayaraq videoya çəkib. Polisin baş verənlərdən xəbər tutması yalnız o vaxt mümkün olub ki, 61 yaşlı Kristofer Lambros hadisə yerində lüt qadınla selfi çəkməyə çalışıb.
KONKRET.az xəbər verir ki, 2012-ci ilin iyununda tibb işçisi lisenziyası alan Lambros daimi iş yerindən əlavə başqa klinikalarda da çalışıb.
Onun telefonuna baxış keçirilən zaman çoxsaylı foto və videolar – 700 min şəkil, 65 min dəqiqə görüntü aşkarlanıb. Zərərçəkmişlərin dəqiq sayı məlum deyil. Lakin qurban sayının 100-dən çox olduğu güman edilir.
Oxşar hadisə daha əvvəl Florida ştatında da baş vermişdi. Belə ki, 54 yaşlı həkim iki xəstəni zorlamaqda şübhəli bilinib və məhkəməyə cəlb olunub.
Rəsmiyyə Şərifova,
KONKRET.az