Yatdığı yerdə ölən 7 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMAbackend

Yatdığı yerdə ölən 7 yaşlı uşaqla bağlı RƏSMİ AÇIQLAMA

Baş Prokurorluq mayın 24-də Siyəzən şəhərində 7 yaşlı oğlanın müəmmalı şəkildə ölməsi ilə bağlı açıqlama verib.

KONKRET.az xəbər verir ki, Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, 2016-cı il təvəllüdlü Məhəmməd Eyvazlının ölməsinə dair Siyəzən rayon prokurorluğunda araşdırma aparılır: “İlkin araşdırma zamanı azyaşlının bədəni üzərində hər hansı xəsarət izi aşkar olunmayıb. Ölüm səbəbinin müəyyən olunması məqsədilə müvafiq ekspertiza təyin edilib, həmçinin digər zəruri hərəkətlər aparılıb. Hazırda rayon prokurorluğunda araşdırma davam etdirilir”.

“Qafqazinfo”nun əldə etdiyi digər məlumata görə, 7 yaşlı uşaq mayın 24-nə keçən gecə yatdığı yerdə vəfat edib. Belə ki, səhər vaxtı onun valideynləri yuxudan oyanmadığını və huşunun üzərində olmadığını görüblər. Azyaşlı dərhal uşağı Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırsa da, onun artıq bir neçə saatdır vəfat etdiyi bildirilib.

Ölümün hansı səbəbdən baş verməsi hələlik tam aydınlaşmasa da, kriminal əhəmiyyətli olmadığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*