“Yaxın vaxtlarda irimiqyaslı antiterror əməliyyatının şahidi olacağıq” – Hərbi ekspertbackend

"Yaxın vaxtlarda irimiqyaslı antiterror əməliyyatının şahidi olacağıq" - Hərbi ekspert

Düşmən ölkədəki qeyri-sağlam mühit və ermənilərin yaratdıqları ab-hava getdikcə daha dözülməz vəziyyət yaradır. Sərhəddə təxribat, eyni zamanda, Azərbaycan əleyhinə aparılan böhtan kampaniyası Ermənistanın qeyri-konstruktiv mövqeyindən xəbər verir. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri də rəsmi İrəvanın göstərişlərini həyata keçirir.

Məsələ ilə bağlı KONKRET.az-ın suallarına hərbi ekspert Alp Arslan İmamqulu aydınlıq gətirib. O, bu təxribatlarda üçüncü qüvvənin əli olduğunu diqqətə çatdırıb:

“Ermənistanın şərti sərhəddə təxribat törətməsində birmənalı olaraq Rusiyanın əli var. Çünki Ermənistan müstəmləkə dövlətdir və ordusunun fəaliyyəti Rusiya Federasiyası tərəfindən koordinasiya edilir. Təbii ki, bu təxribatlar həm də müharibəyə hazırlıqdır. Amma Ermənistanın terrorçu dövlət olması da nəzərə alınmalıdır. Həmin terrorçuların on minə qədəri hələ də Azərbaycan ərazisindədir. İlkin olaraq Azərbaycan ərazilərindəki terrorçu qüvvələr tam zərərsizləşdirilməli, eyni zamanda, Qarabağdakı erməni əhalinin qarşısına şərt qoyulmalıdır: ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ərazilərimizi tərk etməlidirlər. Yalnız bundan sonra sərhədlərimizin delimitasiya və demarkasiyasına start verilməlidir. Bu proseslərdən sonra yenə də təxribatlar olacaqsa, burada artıq müxtəlif nümunələrə istinad edilməlidir. Ortada Türkiyə variantı var. Qardaş ölkə sərhədlərinin təhlükəsizliyi üçün Suriya və İraqda antiterror əməliyyatı keçirir. Ermənistan təxribatları davam etdirəcəyi təqdirdə biz də bir sıra addımlar ata bilərik. Təxribatlar isə davam edir və bunun da arxasında Rusiya dayanır. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu günü-gündən inkişaf edir. Mənə elə gəlir ki, yaxın vaxtlarda irimiqyaslı antiterror əməliyyatının başlanmasının şahidi olacağıq”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*