“Yaxın vaxtlarda Rusiyanı və erməniləri təşvişə salacaq yeni planın şahidi olacağıq” – İLGİNC AÇIQLAMAbackend

“Yaxın vaxtlarda Rusiyanı və erməniləri təşvişə salacaq yeni planın şahidi olacağıq” – İLGİNC AÇIQLAMA

“Rusiya sülhməramlı qüvvələrinin müvəqqqəti yerləşdiyi ərazilərdə qanunsuz erməni silahlı birləşələri növbəti dəfə  Şuşa ətrafında bölmələrimizi atəşə tutub. Artıq Rusiya Qarabağda sülhməramlı missiyasını yerinə yetirmir və Azərbaycan öz ərazisindən atəşə məruz qalır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, 10 noyabr Bəyannamənin 4-cü bəndi yerinə yetirilmir, hətta buradak silahlı ermənilər Azərbaycana qarşı hücmlar təşkil edir: “Azərbaycan hərəkətə keçməlidir. 1990-cı illər deyil ki, Rusiya hərbiçiləri olduğu üçün biz seyrçi qalaq. Qarabağdakı ermənilərin bu təxribatına görə Rusiya məsuliyyət daşıyır. Rusiya bununla Paşinyan hakimiyyətini çətin bir vəziyyətə salaraq Azərbaycanla mümkün danışıqları sabotaj edir. Qarabağdakı erməni separatçılarının fəaliyyəti birbaşa Ermənistan hakimiyyətinin və xalqının əleyhinə işləyir. Bunu Paşinyan da çox gözəl anlayır və çıxış yolu kimi Rusiyanın Ermənistandakı mövqelərini zəiflətməyə çalışacaq. Müharibədən sonra, Rusiya Qarabağda belə bir vəziyyət yaratmaqla, münaqişənin bitmədiyini göstərmək istəyir”.

Politoloq əlavə edib ki, Ermənistandakı seçkilərdən sonra Azərbaycanla danışıqların başlanması gözlənilirdi. Rusiya məhz bunun qarşısnı almaq üçün Qarabağda erməni təxribatlarına rəvac verir: “Baş verənlər Kremldən idarə olunur. Ermənistanın Qarabağda, kiçik ərazidə heç bir siyasi-hərbi mövqeyi yoxdur. Rusiya 10 noyabr və 11 yanvar razılaşmalarını bununla sabotaj edir. Regionda sülhün və təhlükəsizliyin əldə edilməsi, Zəngəzur dəhliznin açılması, Qərbin bölgədə təsirinin artmasına gətirib çıxaracaq. Ona görə də Rusiya bunun qarşısını almaq üçün istənilən varianta əl atacaq. Hətta sərhəddə erməni silahlılarının Azərbaycana hücumunu təşkil edəcək. Qarabağdakı erməni silahlılarını postlarımıza hücuma təhrik edəcək”.

Rusiya Gürcüstanda olduğu kimi, istədiyi şəkildə davrana bilməyəcək” - Məhəmməd Əsədullazadə | Hafta.az

Politoloqa görə, baş verənlər Ermənistanda vəziyyəti daha da çətinləşdirəcək: “Paşinyan seçkidə söz verdiyi kimi sülh və iqtisadi ikişafı təmin edə bilməyəcək. Bu da xalqda ciddi narazılıq doğuracaq. Nəticədə Qarabağ klanı və Koçaryan Rusiyanın dəstəyi ilə hərəkətə keçəcək. Rusiya bununla Paşinyanın mövqelərini sarsıtmağa çalışır. Ona görə də Paşinyanın hakimiyyəti təhlükəli ssenariyə keçir. Azərbaycana qarşı Rusiyanın təzyiqləri müsbət nəticə verməyəcək. Rusiyanın mövqeləri daha da zəifləyəcək. Azərbaycan Türkiyə ilə birgə regionda daha da güclənəcək. Azərbaycan Qarabağda erməni silahlı birləşmələrini zərərsizləşdirməlidir. Prezident İlham Əliyev baş verənləri sükutla qarşılamayacaq. Yaxın vaxtlarda Rusiya və erməniləri təşvişə salacaq yeni bir planın şahidi ola bilərik”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*