Yay gözlənildiyi kimi olmadı – Nə vaxt düzələcək?backend

Yay gözlənildiyi kimi olmadı – Nə vaxt düzələcək?

Son günlər müşahidə olunan sərin hava şəraiti çimərlik biznesini çökdürüb. Sahibkarların sözlərinə görə, maddi baxımdan xeyli ziyan ediblər:

“Keçən il 8 min adam olurdu. Bu il isə adam gözə dəymir. 3 ay gözləyirik ki, sezon olsun onda da belə olur”.

Bəs hava nə vaxt düzələcək? 

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycan ərazisində son günlər müşahidə olunan nisbətən sərin və qeyri-sabit hava şəraiti ölkəmizə daxil olan şimal axınlarının təsiri ilə bağlıdır:

“Həftənin ikinci yarısından başlayaraq ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Maksimal temperaturun Aran rayonlarında 39, Bakıda və Abşeron yarımadasında, eləcə də dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı ehtimal edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*