Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz – Ucuz və effektivbackend

Yayda avtomobilinizin boyasını belə qoruya bilərsiniz - Ucuz və effektiv

Avtomobilin boya örtüyü yayda günəş, toz və istiliyin təsirindən ciddi zərər görə bilər.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı avtomobil eksperti Yuliya Truşkova boya örtüyünü qorumaq üçün sadə, lakin effektiv bir neçə qayda tövsiyə edir.

Onları təqdim edirik:

1. Birbaşa günəş altında avtomobili yumayın – bu, ləkə və mikroçatlara səbəb olur. Avtomobili sərin havada və kölgədə yumaq məsləhətdir.

2. Zərərli çirkləri dərhal təmizləyin – quş peyini, həşərat izləri və s. boyanı zədələyir. Su və mikrofiber bezlə dərhal silin.

3. Kuzovu mütəmadi yuyun – hətta görünməsə də, toz və qum lakı cızır. 7-10 gündə bir yumaq tövsiyə olunur.

4. Qoruyucu vasitələrdən istifadə edin – maye mum, sprey deteyler və ya mövsümi keramika qoruması UV şüalarından müdafiə edir.

5. Ağıllı parklama edin – daim günəş altında qalmaq boyanın solmasına səbəb olur. Mümkün qədər kölgədə saxlayın, təkəraltı tentlər və örtüklərdən istifadə edin.

6. Çat və boya qopmalarını vaxtında aradan qaldırın – yayda bu xırda zədələr böyüyə bilər. Boya qələmi və qoruyucu üzlük kömək edə bilər.

7. Quru bezlə silməyin – hətta mikrofiber belə tozlu səthdə boyanı cızır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*