Məşhur İspan yazıçısı və ssenaristi Fernando Marias 63 yaşında vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb.
O, hepatit xəstəliyindən əziyyət çəkib.
Qeyd edək ki, Marias “Qoya” mükafatına namizəd olan “İlahi işıq” filminin ssenaristi olub. Yazıçı kimi isə “Polkovniklərin uşağı” əsərinə görə “Nadal Ədəbi Mükafatı” və “Göyün bitdiyi yerdə” əsərinə görə isə Uşaq Ədəbiyyatı üzrə “İspaniya Milli Mükafatı”na layiq görülüb.