Yazıçı Stiven Kinq rusiyalı məktəbliyə görə sevindiyini dedibackend

Yazıçı Stiven Kinq rusiyalı məktəbliyə görə sevindiyini dedi

Amerikalı yazıçı Stiven Kinq “Beşinci kanal”a yazdığı məktubda Rusiyanın Tomsk şəhərində yaşayan şagirdə “Otaqda qadın” romanının motivləri əsasında film çəkməyə niyə icazə verildiyini izah edib.

KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, o, məktəbli Diana Kostırinaya görə sevindiyini bildirib və ona uğurlar arzulayıb.

“Mən onun üçün çox xoşbəxtəm və ümid edirəm ki, ekran işi uğurlu olacaq. Sevinirəm ki, indi mənim gənclərə kömək əlini uzatmaq imkanım var, hansı ki, bir vaxtlar mənə də kömək etmişdilər”, – deyə o vurğulayıb.

Filmin premyerası 2020-ci ilin payızında baş tutmalıdır.

Qeyd edək ki, Rusiyanın Tomsk şəhərində yaşayan məktəbli qız – Diana Kostırina Stiven Kinqin əsərinin filmə çəkmək hüququnu 1 dollara alıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*