Yeddi tondan çox marixuana ələ keçirildi – Polislərin uğurlu əməliyyatıbackend

Yeddi tondan çox marixuana ələ keçirildi – Polislərin uğurlu əməliyyatı

Mərakeşdə asayiş keşikçiləri iki əməliyyat zamanı 7,2 ton marixuana müsadirə ediblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Sinxua agentliyi Mərakeş Milli Təhlükəsizlik Baş İdarəsinə istinadən yayıb.

Qeyd olunur ki, polis Əl-Cədid limanının yaxınlığında bir avtomobildə 5 ton marixuana aşkar edərək bir nəfəri saxlayıb. Digər bir əməliyyatda hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin şimalındakı Fes şəhəri yaxınlığındakı bir fermada 2,2 ton marixuana müsadirə ediblər. Orada iki nəfər həbs olunub.

Mərakeşin bəzi bölgələrində çətənə bitkisinin qanunsuz becərilməsi ilə bağlı çətin bir vəziyyətin olduğu bildirilir. Polisin bildirdiyinə görə, yerli marixuananın əksər hissəsi qaçaq yolla Avropaya aparılır.

Daha əvvəl Mərakeşin cənubunda, Qulimin şəhəri yaxınlığında polis tərəfindən 7,5 ton marixuananın ələ keçirildiyi bildirilib.

Xatırladaq ki, Yeni Zelandiyada içərisində külli miqdarda marixuana olan yeraltı bunker tapıbllar. Narkotika 5 milyon Yeni Zelandiya (təxminən 3,2 milyon ABŞ dolları) dolları dəyərində qiymətləndirilib.

Babək Göyüş                                                                                             

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*