Yefremovun azərbaycanlı vəkili cinayət məsuliyyətinə cəlb ediləcək? – “Moskva göz yaşlarına inanmır”backend

Yefremovun azərbaycanlı vəkili cinayət məsuliyyətinə cəlb ediləcək? – "Moskva göz yaşlarına inanmır"

Moskva şəhərində qeydə alınan avtomobil qəzasında bir nəfərin ölümünə görə 8 il həbs cəzası alan rusiyalı aktyor Mixail Yefremovun azərbaycanlı vəkili Elman Paşayev aktyorun müdafiəsindəki pozuntulara görə cinayət məsuliyyətinə cəlb edilə bilər.

KONKRET.az xəbər verir ki, vəkil Andrey Knyazev “Komsomolskaya Pravda” radiosuna verdiyi müsahibədə belə bir fikir söyləyib.

O, sənətçinin hüquq müdafiəçisinin işə şahidlərinin yalan ifadələrini əlavə etdiyini bildirib.

“Çox güman ki, bir cinayət istintaqı olacaq. Bu üç şahid haradan gəldi?. Bu vəziyyətdə cinayət məsuliyyəti də tətbiq edilə bilər” deyib Knyazev.

Vəkilin sözlərinə görə, Paşayev proses iştirakçılarını təhqir etdiyinə, məhkəmədəki sərbəst davranışına, şəbəkədə yayılan gizli videolara görə məsuliyyətə cəlb edilməlidir.

Babək Göyüş                       

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*