Bu gün “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Çarukyan Baş nazir Nikol Paşinyanla görüşüb.
KONKRET.az xəbər verir ki, Qaqik Çarukyan görüş zamanı müzakirə olunan məsələlər barədə jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, ölkəni mövcud çətin vəziyyətdən çıxarmağın tək yolu Paşinyanın istefasıdır.
“Partiyamızın mövqeyi dəyişməyib, Paşinyan istefaya getməlidir. Erkən seçkilərdən danışırıqsa, o zaman onun baş nazir vəzifəsini icra etməməli olduğunu düşünürəm. Bunu qəbul edərsə, qalan hər şeydən danışacağıq”, – deyə partiya sədri bildirib.
KONKRET.az