Yekaterinburqda daha bir azərbaycanlı həbs olundu – Saxlanılanların sayı 8 nəfərə çatdı (VİDEO)backend

Yekaterinburqda daha bir azərbaycanlı həbs olundu – Saxlanılanların sayı 8 nəfərə çatdı (VİDEO)

Yekaterinburqda Rusiya hüquq-mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan daha bir azərbaycanlı – Aziz Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.

KONKRET.az xəbər verir ki, Leninski Rayon Məhkəməsi istintaqın təqdimatını təmin edərək Abbasov Aziz Azay oğlunun 2025-ci il 19 iyul tarixinə qədər həbsdə saxlanılmasına qərar verib.

Regional mediada yayılan məlumatlara görə, Abbasovun bədənində zorakılıq izləri aşkarlanıb. Onun vəkili Zlata Kirsanova bildirib ki, müvəkkilinin qırıq qabırğaları və beyin silkələnməsi var.

“Bunların hamısı 27 iyun tarixində saxlanılarkən baş verib”, – deyə vəkil əlavə edib.

Qeyd edək ki, Yekaterinburqda həbs olunan azərbaycanlıların ümumi sayı 8 nəfərə çatıb.

Natiq Səlim,
KONKRET.az

Спросить ChatGPT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*