Yelisey sarayı Makronun vəziyyəti barədə: Öskürək, əzələ ağrıları…backend

Yelisey sarayı Makronun vəziyyəti barədə: Öskürək, əzələ ağrıları...

Koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makronun vəziyyəti stabildir.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib.

“O, hələ də COVID-19 xəstəliyinin eyni simptomlarını daşıyır: əzginlik, öskürək, əzələ ağrıları… Ancaq bu, onun vəzifəsini yerinə yetirməsinə heç bir şəkildə mane olmur”, – deyə bildirilib.

Makronun mütəmadi müayinələrdən keçdiyi və nəticələrin ürəkaçan olduğu vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*