Yeməyə ən çox pul xərcləyən 10 Avropa ölkəsibackend

Yeməyə ən çox pul xərcləyən 10 Avropa ölkəsi

“RIA Reytinq” Agentliyinin ekspertləri ailələrin ərzaq məhsullarının xərcləri nisbətinə görə Avropa ölkələrinin reytinqini dərc edib.

KONKRET.AZ-ın sözügedən agentliyə istinadən verdiyi məlumata görə, hesablamalar milli statistika xidmətlərinin məlumatları əsasında aparılıb.

Reytinq tərtib edilərkən ev təsərrüfatlarının büdcələri təhlil edilib. Qida, o cümlədən alkoqolsuz sərinləşdirici içkilər üzrə xərclər 2018-ci ilin nəticələrinə görə orta statistik ailə üçün göstərilib. Ümumiyyətlə, siyahıda 40 ölkə yer alıb.

Hesablamaların nəticəsi olaraq, ən az qidaya ən az xərcləyən (ümumi gəlirlərin 8,4%-i) Lüksemburq, ən çox xərcləyən (ümumi gəlirlərin 50%-i) isə Ukrayna vətəndaşlarıdır. 

Ərzaq məhsullarına ən çox xərcləyən Avropa ölkələrinin reytinqi: 

#

Ölkə

Qida xərclərinin payı, %

1

Ukrayna

50,0

2

Qazaxıstan

47,6

3

Moldova

43,8

4

Şimali Makedoniya

37,8

5

Bolqarıstan

36,5

6

Belarus

36,3

7

Serbiya

34,3

8

Rumıniya

33,3

9

Litva

31,5

10

Rusiya

30,2

APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*