Yeni Günəşlidə odlu silah aşkarlandıbackend

Yeni Günəşlidə odlu silah aşkarlandı

Fevralın 20-də Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi ərazisində bir nəfər yaşadığı ünvanın yaxınlığında sellofan torbada silaha bənzər əşyanın olması barədə polisə məlumat verib. 

KONKRET.az xəbər verir ki, Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin yerə baxış keçirilib.

Qeyd edilən ünvandan təhlükəsizlik tədbirləri görülməklə 2 avtomat silahı, 1 tapança, 1 səs siqnalı tapançası, 1 tüfəng, 1 patron darağı və 11 ədəd patron aşkar olunaraq götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*