backend

Yeni həftənin ilk gününə hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KONKRET.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 15-18° isti, gündüz  23-26° isti, Bakıda gecə 16-18° isti, gündüz  24-26°  isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan yüksək 773 mm civə sütunundan 770 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 65-75%, gündüz 55-60% olacaq.

Oktyabrın 14-də Azərbaycanın rayonlarında  hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 12-17° isti, gündüz  25-30° isti,  dağlarda gecə 5-10° isti, gündüz  15-20° isti təşkil edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*