Yeni icra başçısını kollektivə bu məmur təqdim etdibackend

Yeni icra başçısını kollektivə bu məmur təqdim etdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elxan Oqtay oğlu İbrahimov bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

KONKRET.az Demokrat.az-a istinadən xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.İbrahimov ona göstərilən etimada görə minnətdarlıq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*