Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsindən 3 minə yaxın xarici vətəndaş polis idarələrinə aparılıb.
KONKRET.az rus mediasına istinadən xəbər verir ki, saxlanılanların 600-dən çoxu miqrasiya qanunvericiliyini pozanlardır.
Onların hamısına yeni il üçün inzibati protokol tərtib edilib. Yüzdən çox miqrantın deportasiya edilməsi nəzərdən keçirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az