Yeni ilə dəqiqələr qalmış niyə 12 üzüm yedilər?backend

Yeni ilə dəqiqələr qalmış niyə 12 üzüm yedilər?

Dünyadakı müxtəlif mədəniyyətlər özləri ilə fərqli inancları da gətirirlər. İnanclardan birinə görə, Yeni il gecəsi sevgi, pul, xoşbəxtlik və sağlamlıq arzulayan insanlar yemək masasının altında 12 üzüm yeyirlər. Bəziləri üçün bu ritual mövhumat sayılır, bəziləri üçün isə yeni ildə arzu və istəklərinin həyata keçməsi üçün bir üsul hesab edilir. 

KONKRET.az son günlər sosial şəbəkələrdə də gündəm olan və ötən gecə bir çoxlarının da həyata keçirdiyi Yeni ildə süfrə altında 12 üzüm yeməyin nə demək olduğu sualına cavab axtarıb.

Xüsusilə İspaniya mədəniyyətində geniş yayılmış bu ritual Yeni ilə bir neçə dəqiqə qalmış icra edilir. Belə ki, yemək masasının altında yeyilən hər üzümlə 12 ay üçün arzular edilir. Bu ritualda hər üzüm bir ayı simvolizə etdiyi üçün hər üzüm masanın altında yeyildikdən sonra istəklər sadalanır.

Saatın əqrəbləri 23:59-dan sonra hər saniyə irəlilədikcə bir üzüm yeyilir və hər biri üçün arzu edilir. Bəzi insanlar bu ritualı masanın altında üzüm yeyərək yerinə yetirirlər. Bunun sevgi, bolluq və xoşbəxtlik gətirdiyinə inanırlar. Bu adət, yeni ilin mənfi enerjilərdən təmizlənməsi və daha yaxşı bir il keçirilməsina inancla bağlıdır./qafqazinfo

Maraqlı ənənənin 1880-ci illərdə ispan və fransızlar tərəfindən ortaya çıxdığı təxmin edilir. Hər il Barselona, Madrid və Bilbao kimi böyük şəhərlərdə insanlar bir araya gələrək süfrənin altında 12 üzüm yeyirək yeni il üçün arzularını dilə gətirirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*