“Yeni Klinika”da doğuş zamanı ölüm faktı qeydə alınıb.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, paytaxt sakini Nərmin Əliyeva doğuş üçün “Yeni Klinika”ya üz tutub. Doğuş zamanı isə Nərmin Əliyeva vəfat edib, körpə isə sağ qalıb.
Hazırda körpənin xüsusi şəraitdə saxlanıldığı bildirilir.
Məlumata görə, bu Nərmin Əliyevanın ikinci hamiləliyi olub, 5 yaşında bir övladı var və doğuşdan öncə səhhəti ilə bağlı heç bir şikayəti olmayıb.
Faktla bağlı araşdırma aparılır.
