“Yeni Klinika”da BİABIRÇILIQ – FOTOLARbackend

“Yeni Klinika”da BİABIRÇILIQ – FOTOLAR

Bakıda tanınmış tibb müəssisələrindən biri olan “Yeni Klinika”nın qarşısında Azərbaycan bayrağı tərsinə asılıb.

KONKRET.az xəbər verir ki, milli dəyərlərimizə hörmətsizlik göstərən klinika rəhbərliyi Azərbaycanın dövlət bayrağına da sayğısızlıq nümayiş etdirib. Hələ dövlət rəmzinin hansı qaydada asılması barədə məlumatı olmayan “Yeni Klinka” rəhbərliyi bayrağı asmazdan qabaq onun rənglərinin necə sıralanmasına fikir verməliydi.

Bayraq xalqımızın qürur yeri, namusudur. Azərbaycanın Dövlət rəmzlərindən olan bayraq həm də and yerimizdir. Dalğalandıqca qürur duyduğumuz üçrəngli bayrağımızın hər rəngi özündə bir məna kəsb edir. Mavi, qırmızı və yaşıl rəngdən ibarət olan Azərbaycanın Dövlət bayrağına hörmət isə hər bir Azərbaycan vətəndaşının borcudur. Lakin rastlaşdığımız bu mənzərə bayrağımıza olan hörmətsizliyi özündə ehtiva edir.

Yeri gəlmişkən, qeyd edək ki, son günlər klinikada neqativ proseslər baş verir. Növbəti yazılarımızda bu barədə geniş məlumat verəcəyik.

Natiq Səlim,

KONKRET.az

  • Tural
    Avqust 3, 2023 - 09:41

    Yeni klinikada problem sadəcə bayraq deyil sağlık sektöründe çox ciddi problemlər var

  • Allahverdiyev
    Avqust 3, 2023 - 11:58

    Dövlət rəmzlərini tanımayan həkimlərə şəxsən mən sağlamı etibar etmərəm.Səhər axşam gör neçə həkim girib-çıxır.Biri başını qaldırb yuxarı baxmır?

  • Nuriyyə
    Avqust 3, 2023 - 13:01

    Nə danışırsınız? Yeni direktor rəhbərliyə gələn gündən klinikada özbaşınalıq baş alıb gedir.Köhnə rəhbərliyin vaxtında hər şey qaydasında idi. 02.08 tarixində orda olduq. Könüllü təbib adı altında 6 qızı qeydiyyatda oturdublar, heç biri kompüter bilmir. 12:04dən analiz cavabı üçün canlı növbə tutub 13:47də cavabı ala bilmişik. Mən başa düşə bilmirəm ki, USM cavabını niyə elə USM otağında vermirlər? Keçən ay dispenserlər hamısı su ilə dolu idi, hər kəs yay olduğu üçün istifadə edirdi, indi onu da yığışdırıblar. Növbəyə durmaq üçün növbə götürmək nə deməkdi? İnsanlar saatlarla bir-birini qıra-qıra növbədə durur, axırda deyirlər ki, usm limit bitib sabah gəlin. Gec bəla ilə həkim növbəsinə düşürsən, yönləndirir digər həkimə, qeydiyyatda yazdırmaq istəyəndə deyirlər ki limit bitib sabah gəlin. Amma sabah gələndə birbaşa növbə tutmaq olmur gərək təzədən birinci mərtəbədə səhər saat 6nın yarısı gəlib növbə tutub 9a qədər gözləyəsən ki, təzədən növbə tutub saat 12də filan həkim qəbuluna düşə biləcəksən. İnsanlar 2ci mərtəbədə yeməkxanada normal qida qəbul edib günortadan sonra birtəhər səbr edib dözə bilirdilər artıq dedilər ki 02.08dən yeməkxana da ləğv olunub. Artıq bəzi həkimlər xəstələri bir sözlə “yola verir”.Ayıbdı, xahiş edirəm, bircə gün jurnalist kimi yox, sıravi vətəndaş kimi orda 3 saat vaxt keçirin və bu acınacaqlı vəziyyətin ölkə rəhbərinə çatdırılmasına çalışın. Yeni rəhbərliyi dərhal göndərmək lazımdır.

    • Tamara
      May 8, 2024 - 00:40

      Çox doğru deyirsiniz mən yorğunluqdan huşum itirmisdim. çox pis vəziyyətdədir persanalar işləmirlər.

  • Mohubbet
    Avqust 3, 2023 - 18:34

    Vallahi bəlkə də bu səhfi heç görən olmamışdı. Kimsə bayrağı bilərəkdən belə asmaz. Yaxşı adamsız gedin deyin qoy düzəltsinlər. Yoxsa belə ictimailəşdirmək nəyə lazım. Elə bil kimsə vətənə xəyanət edib. Olub da , personal səhvidir. Guya bunu yazan idealdır. ? Belə şeylər etməyin. Bir birimizin səhvini üzünə deyək. Cəmiyyət saf olmalıdırl .

  • Xatime
    Avqust 4, 2023 - 21:46

    Yeni klinikada hekimler pasentleri baslarindan edirler iki defe o klinikada olmusam birinci defe yoldasimi urek infaki diyaqnozu ile apardiq hekimler qebul etmirdi 5 dene ürek hekimi ola ola dediler hekimlerin qebulu dayandirilib gedin sabah gelersiz ikinci defe ozum urek ritiminin 38 dusme ehtimali ile getdim Elvira hekim hecneyin yoxdu deyib yola saldi insanlarin heyati ile oynayirlar oranin hekimleri.. niyeki sgorta ile insanlar ora muraciyyet edirler ona gorede dogru duzgun muayine getmir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*