“Yeni Klinika”da vaksin vurdurmaq istəyənlərin NƏZƏRİNƏbackend

“Yeni Klinika”da vaksin vurdurmaq istəyənlərin NƏZƏRİNƏ

Sabahdan “Yeni Klinika”da canlı növbə randevu ilə əvəz ediləcək.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, COVID-19-la mübarizə tədbirləri çərçivəsində vaksinasiya prosesinin surətləndirilməsi və əlçatanlığın təmin edilməsi məqsədilə 16 iyul 2021-ci il tarixdən “Yeni Klinika” tibb mərkəzində  canlı növbə əsasında peyvəndlənmə prosesinə başlanılıb:

“Son günlər virusa yoluxma sayında artımın müşahidə edilməsi,eyni zamanda canlı növbələr zamanı yaranan sıxlıqlar nəzərə alınaraq, sabahdan etibarən canlı növbə  randevu sistemi ilə əvəz ediləcək.

Vətəndaşlar sabahdan rendevu.its.gov.az saytına daxil olaraq öncədən qeydiyyatdan keçməklə “Yeni Klinika” tibb mərkəzində peyvənd olunmaq üçün (“Coronovac” və “Pfizer”) növbə götürə bilərlər.

Qeyd olunanları nəzərə alaraq peyvənd olunmaq üçün yalnız rendevu.its.gov.az saytından növbə götürərək tibb müəssisəsinə müraciət etməyinizi xahiş edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*