Rusiyanın ən iri avtomobil istehsalçısı “AvtoVAZ” yeni “Lada” sedanına panoramik şüşə dam və digər yeniliklər əlavə edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə “Avtobroker Klubu”na şirkətdəki mənbə məlumat verib.
Bildirilib ki, söhbət “Renault-Nissan CMF-B-LS” platformasında yaradılan “Lada Iskra” sedanından gedir.
Məlumata görə, “Lada Iskra” 2024-cü ilin sonunda kütləvi istehsala buraxılacaq, satışın başlanması isə 2025-ci ilin əvvəlinə planlaşdırılır.
Avtomobilin konfiqurasiyası haqqında hələlik heç bir məlumat yoxdur.
İqbal Rzayev,
KONKRET.az