Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
KONKRET.az report-a istinadən xəbər verir ki, dəyişikliklə “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalı” təsis olunur.
Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq, I oxunuşda qəbul edilib.