Yeni Moskviç modelinin seriyalı yığılması və satışına 2024-cü ilin birinci yarısında başlanacaq.
KONKRET.az xəbər verir ki, yeni məhsul orta ölçülü krossover olacaq, o, istehsala başlaması ilə eyni vaxtda avtosalonlara gətiriləcək. Yeni model haqqında təfərrüatlar açıqlanmır – qeyri-rəsmi məlumatlara görə, o, Çinin JAC şirkətinin Sehol X6 bazasında hazırlanıb.
Bundan əvvəl Moskviç 2024-cü ildə 8 indeksi altında D sinifli krossoverin buraxılacağını elan etmişdi. Yeni məhsul ilin sonuna doğru bazara çıxacaq. O, Kia Sorento, Skoda Kodiaq, Geely Tugella və Hyundai Santa Fe modellərinə rəqib kimi hazırlanıb.
Müəssisənin kommersiya direktoru Aleksandr Miqal istehsalın lokallaşdırılmasını avtomobil zavodunun əsas prioriteti adlandırıb. Onun sözlərinə görə, bu, şirkətə avtomobillərin qiymətlərini aşağı salmağa imkan verəcək.
Rəsmiyyə Şərifova,
KONKRET.az