“Yeni müharibə Sünixdə başlayacaq” – Erməni ekpertdən ŞOK İDDİAbackend

“Yeni müharibə Sünixdə başlayacaq” – Erməni ekpertdən ŞOK İDDİA

“Nikolun özü etiraf edir ki, satqındır, ölkə torpaqlarını təhvil vermək arzusunda olan agentdir. Onun siyasətinin dağıdıcı nəticələrinə görə peşmanlıq hissi belə yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri Artak Zakaryan özünün “Facebook” səhifəsində yazıb:

“Nikolun yeni planı var, o yeni müharibəyə hazırlaşır. Əlimizdə dəqiq məlumatlar var. Qarşıdan gələn planlaşdırılmış müharibə Ermənistana yeni itkilər və faciələr gətirəcək. Müharibənin gedəcəyi bölgə Sünikdir, mövzu isə dəhlizdir. Əsas məqsəd regional tarazlığı Rusiya-İran maraqlarına uyğun dəyişməkdir. Bütün bunların bədəlini isə Ermənistan ödəyəcək. Müharibənin nəticəsi indidən aydındır: Son anda nəyisə “saxlamaq” üçün gizlicə növbəti kapitulyasiya aktı imzalanacaq”.

Zakaryan deyib ki, Paşinyanın diqtə edilmiş tələbləri yerinə yetirməkdən başqa çarəsi yoxdur:

“Bir az şüurlu, dövlət sevgisi olan adam öz kriminal siyasətinə haqq qazandırmaq əvəzinə Ermənistan və Qarabağ naminə çoxdan istefa verərdi. O isə istefa verməyəcək. Çünki hələ qarşıda onun başladığı işi davam etdirərək Ermənistana ağır zərbələr vurmaq planı var”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*