Artıq yeni ildən avtomobil həvəskarları və alıcılar üçün aktual sual meydana gəlib. Ən az nasaz olan avtomobil markaları hansılardır?
ABŞ-dan CarMD-nin apardığı araşdırmaya əsasən, ən az nasaz olan beş marka müəyyən edilib. Maraqlıdır ki, sözügedən avtomobil markalarının hamısı Yaponiya və Koreyada istehsal edilib.
KONKRET.az türk mediasına istinadən həmin markaları təqdim edir:
Yaponiya avtomobil bazarının ən böyük markalarından biri olan Mazda ən az xarab avtomobillər siyahısında birinci yerdədir.
Son aylarda brend Türkiyə bazarından geri çəkilib.
Lakin avtomobilin ehtiyat hissələri və servis daha 10 il davam edəcək.
Siyahıda ikinci yerdə başqa bir yapon brendi olan Toyota qərarlaşıb. Xüsusilə Türkiyə sənayesində bu şirlətin istehsalı olan maşınlar etibarlı və dözümlülüyü ilə tanınır. Mühərrik və transmissiyada davamlılığı alıcılar tərəfindən çox müsbət qiymətləndirilir.
Toyota sürət sevənləri tam qane edə bilməsə də, davamlılıq baxımından “əla maşındır” ifadəsinə layiqdir.
Siyahımızı Türkiyədə o qədər də tanınmayan bir yapon markası ilə davam etdiririk.
Yapon istehsalçısı Acura 1986-cı ildən bəri ABŞ, Kanada və Honq Konq bazarlarına təqdim etdiyi lüks avtomobilləri ilə tanınır.
Bir növ Leksusun rəqibi olduğunu deyə bilərik. Acura digər markalar qədər populyar olmasa da, ən az xarab avtomobillər siyahısında 3-cü yerdədir.
Yaponlar arasında özünə yer tapan Koreya istehsalçısı Hyunday ən davamlı avtomobillər siyahısında 4-cü yeri tutub.
Türkiyədə müəyyən populyarlıq qazanan Hyunday satış rəqəmlərinə görə də 2023-cü ilin aprel siyahısında öncül yerlərdən birini tutur.
Yapon istehsalçısı Honda bu siyahıda 5-ci yerdədir.
Türkiyədə çox məşhur olan Honda 7-dən 70-ə kimi bir çox istifadəçinin seçimidir.
Hazırladı: Natiq Səlim,
KONKRET.az