Yeni virus təhlükəsi – hələ ötən əsrdə bu virus 10 milyonlarla insan ölümünə səbəb olubbackend

Yeni virus təhlükəsi – hələ ötən əsrdə bu xəstəlik 10 milyonlarla insan ölümünə səbəb olub

Qlobal Təhlükəyə Hazırlıq Monitorinq Şurasının alimləri məlumat veriblər ki, bəşəriyyət bir neçə gün ərzində on milyonlarla insanın ölümünə səbəb ola biləcək yeni qripəoxşar  virusun yayılması təhlükəsi qarşısındadır. Konkret.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəli virus hələ 1918-1919-cu illərdə dünyada on milyonlarla insanın ölümünə səbəb olub.

“İspanka” adlı xəstəlik o virusdandır ki, insanın tənəffüs sisteminə sarsıdıcı zərbə vurur. Bu qripəoxşar virus dünyaya sürətlə yayıla bilər. Belə ki, alimlərin gəldiyi qənaətə görə, təxminən 80 milyon insan “İspanka”ya cəmi 36-50 saat ərzində yoluxa bilər.

Mütəxəssislərinin köməyi ilə hazırlanan Qlobal Monitorinq Şurasının  hesabatında “Ebola”, “Zika” və “Dange” virusları ilə yanaşı bir göz qırpımında immuniteti zəif olan insanları “məhv edən” superbakteriyalardan da bəhs edilib.

 

LEYLA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*