Yeni Zelandiyada ağır xəstələri iynə ilə öldürmək qanunla müəyyən olundubackend

Yeni Zelandiyada ağır xəstələri iynə ilə öldürmək qanunla müəyyən olundu

KONKRET.az “Yeni Zelandiya Herald” qəzetinə istinadən xəbər verir ki, ölkənin Parlamenti evtanaziya haqqında qanun layihəsini qəbul edib.

Qanun layihəsi ilə bağlı qızğın müzakirələr iki il davam edib. Məclis üzvləri çərşənbə axşamı layihəni ikinci oxunuşda qəbul edib, 70 nəfər lehinə, 50 əleyhinə səs verib.

Qanun layihəsinə görə, ağır xəstələr həyatından könüllü olaraq imtina edə biləcəklər. Bunun üçünsə evtanaziya yalnız həkimlərin diaqnozuna görə yaşamağa altı aydan az vaxtı olan ciddi xəstələrə şamil olunur.

Lakin qanunun qüvvəyə minməsi üçün gələn il referendumun keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2011-ci ilin iyul ayında keçirilən ictimai rəy sorğusuna görə, yeni zelandiyalıların 72 faizi ağır xəstə insanlar üçün evtanaziya ehtimalını dəstəkləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*