Balıkesirin Sındırgı rayonundakı zəlzələdən sonra afterşokların davam etməsi təbiidir və bu, yeni bir böyük zəlzələnin olacağı mənasına gəlmir.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, bunu türkiyəli professor Şener Üşümezsoy yeni yeraltı təkanlarla bağlı proqnozunda deyib.
“Ancaq Simav fay xətti geoloji quruluşuna görə uzunmüddətli dövrdə böyük zəlzələ potensialı daşıyır. Kiçik zəlzələlər bir neçə kilometrlik qırılmalara səbəb olduğu halda, böyük zəlzələlər on kilometrlərlə uzunluğundakı qırılma seqmentlərini aktivləşdirir. Sındırgı zəlzələsində təxminən 20 kilometrlik qırılma xətti qoparaq, afterşokların davam etməsinə səbəb olub”, – professor deyib.