Yeniyetməni döyüb şantaj edən şəxslə bağlı qərar verildibackend

Yeniyetməni döyüb şantaj edən şəxslə bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən V.V.-nin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 2003-cü il təvəllüdlü, təqsirləndirilən V.V. yetkinlik yaşına çatmayan zərərçəkmiş A.A. ilə aralarında borc pulun qaytarılması üstündə yaranmış narazılıq zəminində onu hədələyərək müxtəlif məbləğlərdə pul tələb edib.

Belə ki, 14 dekabr 2024-cü il tarixində, saat 23 radələrində Lökbatan qəsəbəsində yerləşən binalardan birinin arxa hissəsində zərərçəkmişlə görüşən təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edib, yumruq və təpiklə döyərək xəsarət yetirib. Sonra V.V. həmin hadisəni mobil telefonla videoya çəkərək yaddaşda saxlayıb, zərərçəkmişi görüntüləri yaymaqla hədələyib və bunun müqabilində ondan pul tələb edib.

Təqsirləndirilən şəxs hədə-qorxu ilə pul tələb etmək məqsədi ilə A.A.-dan müxtəlif tarixlərdə dəfələrlə pul alıb.

Beləliklə, V.V. ümumilikdə zərərçəkmişin 1600 manat pulunu hədə-qorxu yolu ilə ələ keçirib.

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə o, 2 il 8 ay müddətə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*