Yer kürəsinin sakinləri Yeni ildə “Planetlərin Paradı”nı görə biləcəklər – Bu tarixdəbackend

Yer kürəsinin sakinləri Yeni ildə "Planetlərin Paradı"nı görə biləcəklər - Bu tarixdə

Yer kürəsinin sakinləri Yeni ildə meteor yağışını və planetlərin paradını görə biləcəklər.

KONKRET.az xəbər verir ki, bu barədə Mosplanetarium saytında məlumat verilib. Yeni il ərəfəsində və 2022-ci ilin ilk günlərində (yanvarın 7-nə qədər) axşam səmada unikal şərait yaranacaq. Bu zaman bütün planetləri birdən görmək mümkün olacaq: Uran, Neptun, Yupiter, Saturn və Venera ( Marsdan başqa). Günəşdən sonra tədricən üfüqü geridə qoyaraq, Yeni il “çələngi” kimi parlayacaqlar.

Həmçinin 2022-ci ilin ilk həftəsində yer sakinləri Kvadrantidada (Bootes bürcündə parlaq bir meteor yağışı) meteor yağışının maksimum aktivliyini müşahidə edə biləcəklər. Astronomlar dəqiqədə bir və ya iki “düşən” ulduz görə biləcəyimizi vəd ediblər.

Xatırladaq ki, “Planetlərin Paradı” 07.01.22-dək Bakı vaxtı ilə axşam saat 17:00-dan 19:00-a qədər müşahidə edə bilərsiniz.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*