İrəvanda kütləvi itaətsizlik aksiyaları başladı – VİDEObackend

İrəvanda kütləvi itaətsizlik aksiyaları başladı - VİDEO

Ermənistanda “Vətənin qurtuluşu” hərəkatı ümumermənistan itaətsizlik aksiyalarına başlayıb.

KONKRET.az “news.am”a istinadən xəbər verir ki, paytaxt Yerevanın müxtəlif yerlərindən vətəndaşlar Respublika meydanına axışır.

Hökumət binasının ətrafına xeyli sayda hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb edildiyi bildirilib.

Vətən Partiyasının üzvü Arsen Babayanın sözlərinə görə, sadəcə hökumət binası çevrəsində 600-dək polis var.

Erməni vəkillər ölkənin parlamentinə, daha sonra prokurorluq istiqamətində yürüş ediblər. Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın istintaqa cəlb edilməsi və həbs olunmasını tələb edirlər. Onlar tələblərinin yerinə yetirilmədiyi təqdirdə oturaq aksiyaya başlayacaqlarını açıqlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*